Hard və Soft bacarıqlar: CV-də balans
İşə qəbul dünyasında məşhur bir deyim var: "Hard (sərt) bacarıqlar sizi müsahibəyə çağırtdırır, Soft (yumşaq) bacarıqlar isə sizə o işi qazandırır." CV hazırlayarkən namizədlərin ən çox çətinlik çəkdiyi məqamlardan biri bacarıqlar bölməsini düzgün formalaşdırmaqdır.
"Hard Skills" (Sərt Bacarıqlar) nədir?
Hard skills – sizin öyrənə, ölçə və sübut edə biləcəyiniz spesifik, texniki qabiliyyətlərdir. Bunlar adətən təhsil, kurslar və ya iş təcrübəsi vasitəsilə qazanılır. Onlar sizin o işi fiziki və ya zehni olaraq icra edə biləcəyinizi göstərir.
Nümunələr: Proqramlaşdırma dilləri (python, java), xarici dillər (ingilis, alman), alətlər (Adobe photoshop, Google analytics, Excel), SEO mütəxəssisliyi, mühasibatlıq, kopiraytinq.
CV-də necə yazılmalı? Bu bacarıqları birbaşa "Texniki bacarıqlar" bölməsində sıralaya və yanlarında səriştə dərəcənizi (məs: yüksək səviyyə, orta səviyyə) qeyd edə bilərsiniz.
"Soft skills" (Yumşaq bacarıqlar) nədir?
Soft skills – sizin şəxsiyyətinizlə, iş mühitinə necə uyğunlaşmağınızla və insanlarla necə ünsiyyət qurmağınızla bağlı olan sosial vərdişlərdir. Bunları sertifikatla sübut etmək çətindir lakin HR-lar üçün çox dəyərlidir.
Nümunələr: Ünsiyyət bacarığı, liderlik, problem həll etmə, komanda işi, zamanın idarə edilməsi, emosional zəka, adaptasiya və s.
CV-də necə yazılmalı? Soft bacarıqları sadəcə "Liderlik, komanda işi, stressə davamlılıq" kimi sıralamaq inandırıcı deyil. Bunları təcrübə bölməsindəki cümləlinizin içinə yerləşdirərək sübut etməlisiniz.
Balansı necə yaratmalı? (Praktik yanaşma)
Sənayenizin tələblərini anlayın: Backend üçün 80% hard / 20% soft; İnsan resursları və ya müştəri xidmətləri üçün 50/50 və ya soft üstün ola bilər.
İş elanından "kopya çəkin": Açar sözləri (texniki + insani) rənglə işarələyin və öz bacarıqlarınızı elana "güzgü" kimi yansıdın.
"Soft" bacarıqları hekayələşdirin: "Liderlik" yazmaq əvəzinə: "5 nəfərlik dizayn komandasına rəhbərlik edərək (liderlik) qısa zaman çərçivəsində (zamanın idarə edilməsi) layihənin uğurla təhvil verilməsini təmin etdim."
Nəticə: Uğurlu bir CV, hard bacarıqların gücü ilə soft bacarıqların xarakterinin mükəmməl harmoniyasıdır. Platformamızda CV hazırlayarkən "Bacarıqlar" bölməsini iki ayrı yerə bölə, və hər ikisini ən ideal şəkildə işəgötürənə təqdim edə bilərsiniz.



